15 iyun 2025 at 00:11
Jurnalist kodu: 5564
Xəbər kodu: 85863060
T T
0 Persons
Məhəmməd bin Salman Pəzeşkiyanla danışığında: Səudiyyə Ərəbistanı İran İslam Respublikasındakı qardaşlarının yanındadır

Tehran – IRNA – İran Prezidenti sionist rejimin ölkəyə qarşı hücumlarını bu rejimin təcavüzkar mahiyyətinin sübutu adlandırıb.

Masud Pəzeşkiyan, 14 İyun 2025 şənbə gecəsi Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığında, telefon zəngi və qardaşcasına həmrəylik ifadəsinə görə təşəkkür edərək deyib: Hər şeydən əvvəl Həcc ziyarətində olan zəvvarlara göstərilən xidmətlərə görə, Xadimülhərameyn və qardaş ölkə olan Səudiyyə Ərəbistanının aidiyyəti qurumlarına səmimi təşəkkürümü bildirirəm.
Pəzeşkiyan vurğulayıb ki, xüsusilə Qəzzədə sionist rejimin cinayətkar hərəkətlərinin qarşısının alınması istiqamətində İslam ölkələri arasında birlik və qardaşlığın gücləndirilməsi vacibdir. O əlavə edib ki, Səudiyyə Ərəbistanı region və İslam aləmindəki mövqeyinə görə, müsəlmanların hüquqlarının müdafiəsində İslam ölkələri arasında birliyin möhkəmləndirilməsində mühüm rol oynaya bilər.
Səudiyyə vəliəhdi də bu telefon danışığında sionist rejimin İran İslam Respublikasına qarşı haqsız təcavüzlərini pisləyib, baş verən cinayətlər nəticəsində həlak olan iranlılara görə başsağlığı və həmrəylik ifadə edib. O bildirib: “Səudiyyə Ərəbistanı İran İslam Respublikasındakı qardaşlarının yanındadır və bu gün bütün İslam aləmi yekdilliklə sizi dəstəkləyir. Mən diplomatik səylərimdə İsrailin təcavüzkarlığını dayandırmaq və ona qarşı təzyiq göstərmək istiqamətində çalışıram.”
Məhəmməd bin Salman qeyd edib: “Biz inanırıq ki, İsrail ABŞ-ı bu qarşıdurmalara cəlb etmək məqsədilə gərginliyi dərinləşdirməyə çalışır. lakin hesab edirik ki, İran İslam Respublikasının müdrik reaksiyası bu fürsəti onların əlindən alacaq.”
Vəliəhd şahzadə əlavə edib ki, ölkəsi İranlı qardaşlarına yardım etməkdən əsla çəkinməyəcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .